17:37 03 Dekabr 2016
Canlı yayım
Millət vəkili Əli Hüseynli

"Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsi hazırlanmalıdır"

© Foto: APA
AZƏRBAYCAN
Qısa URL
11 0 0

Əli Hüseynli: "Hərbi Prokurorluq uzun illərdir, bu istintaqı həyata keçirir. Hər il yeni məlumatlar əldə edirlər"

BAKI, 28 noy — Sputnik. "Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və irəli sürülməsi, təkcə milli qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir".

Sputnik xəbər verir ki, bunu millət vəkili Əli Hüseynli, "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xocalıq soyqırımının araşdırılması ilə bağlı hüquqi müstəvidə çox ciddi addımlar atıb.

"Hərbi Prokurorluq uzun illərdir, bu istintaqı həyata keçirir. Hər il yeni məlumatlar əldə edirlər. Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması aktualdır", — deputat vurğulayıb.

Əlaqədar

"Söhbət hərbi cinayətdən, soyqırımından gedir..."
"Ermənistan rəhbərliyi məhkəməyə çağırılmalıdır"
Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı layihə hazırlanır
Teqlər:
soyqırımı, Əli Hüseynli, Xocalı soyqırımı, cinayət, millət vəkili

Əsas mövzular