CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 9 may – FOTO

© Sputnik / Elnur Salayev9 may
9 may - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 may — Sputnik. Mayın 9-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 9-da kimlər dünyaya gəlib?
Hovard Karter (1874-1939) - 1922-ci ildə Misirin Luksor yaxınlığındakı Krallar Vadisində Firon Tutanhamonun məzarını kəşf edən ingilis arxeoloqudur.
© Photo : Public DomenHovard Karter
Hovard Karter - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Hovard Karter
Bulat Okudjava (1924-1997) - Sovet və Rusiya şairi, müğənni və bəstəkardır. O, iki yüzə yaxın müəllif və estrada mahnısının müəllifi, 1960-1980-ci illərdə müəllif mahnı janrının ən görkəmli nümayəndələrindən biridir.
© Sputnik / Сергей Субботин Bulat Okujava

Bulat Okujava - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Bulat Okujava
Billi Coel (1949) amerikalı bəstəkar və pianoçudur. O, "İlin albomu" və "İlin mahnısı" kimi nüfuzlu nominasiyalarda da daxil olmaqla altı "Qremmi" mükafatının qalibidir.
© AP Photo / Jordan Strauss Billi Coel

Billi Coel - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Billi Coel
Fyodor Bondarçuk (1967) - Sovet və Rusiya aktyoru, kinorejissor və teleaparıcıdır. O, "Lenfilm" SC-nin direktorlar şurasının sədridir. Aktyor "9-cu bölük", "Stalinqrad", "Yaşayan ada" və s. filmləri çəkib.
© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçid Fyodor Bondarçuk
Режиссер Федор Бондарчук - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Fyodor Bondarçuk
Mayın 9-da dünyada baş verən tarixi hadisələr
1754-cü ildə amerikalı diplomat Benjamin Franklin "Pensilvaniya qəzeti"ndə məşhur "Ya qoşul, ya da öl" siyasi karikaturasını nəşr edib. Orada səkkiz hissəyə bölünmüş bir ilan təsvir edilib, bunlar koloniyaları təmsil edib. Burada ilanın başı Yeni İngiltərə, quyruğu isə Cənubi Karolina olaraq göstərilib.
1907-ci ildə amerikalı Anna Jarvis ABŞ-da Analar Gününü qeyd etmək üçün milli kampaniyaya başladıb.
1945-ci ildə nasist Almaniyasının təslim olması haqqında aktının imzalanması rəsmən elan edilib. Bu gün tarixə faşizm üzərində Qələbə Günü kimi düşüb. Bu bayram təkcə Rusiyada deyil, keçmiş Sovet İttifaqı ölkələrində, o cümlədən faşizm üzərində Qələbəyə böyük töhfə vermiş Azərbaycanda da qeyd olunur. O dövrdə cəbhəyə 600 mindən çox azərbaycanlı gedib. Müharibə illərində neftin 70%-i, benzinin 80%-i, mühərrik yağının 90%-i cəbhə üçün Bakı tərəfindən tədarük edilib.
© Sputnik / Alexey Maishev / Mediabanka keçidMoskvada parad
Военный парад, посвящённый 77-й годовщине Победы в Великой Отечественной войне - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Moskvada parad
1945-ci ildə SSRİ-də "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı təsis edilib.
Ветеран Великой Отечественной войны Багир Меликов - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Medallar
1995-ci ildə Moskvada Poklonnaya dağında Qələbə Memorial Kompleksinin təntənəli açılışı olub.
2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılıb. O, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat" proqramı çərçivəsində yaradılıb.
Xəbər lenti
0