Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Psixoloq özünə inamı artırmağın sadə yollarını açıqlayıb

© iStock.com / bymuratdenizPsixoloq
Psixoloq - Sputnik Azərbaycan, 1920, 05.05.2024
Abunə olmaq
Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər.
BAKI, 5 may - Sputnik. İnsanın özünə inamı uşaqlıqdan formalaşmağa başlayır. Ona görə də daim tənqid olunan uşaq özünə inamsız insan kimi böyüyür.
Psixoloq Svetlana Xodarevskaya bu barədə "Lenta.ru"ya danışıb. Mütəxəssis həyatınızı yaxşılaşdırmaq üçün özünə inamı artırmağın sadə yollarını açıqlayıb.
Xodarevskaya izah edib ki, özünə inam valideynlərin, həmyaşıdların və müəllimlərin münasibətindən təsirlənir. Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər. Ancaq özünüzü başqaları ilə müqayisə etməyi dayandırsanız, bu problemi həll edə bilərsiniz.
"İnsan öz fərdiliyinə hörmət etməli, güclü və zəif tərəflərini tanımağı öyrənməlidir. Özünüzü bütün güclü və zəif tərəflərinizlə qəbul etmək də vacibdir", - Xodarevskaya qeyd edib.
Psixoloq əlavə edib ki, başqalarının xeyrinə fədakarlıqdan imtina etmək də özünə inamın yüksəldilməsi istiqamətində mühüm addım olacaq.
Özünüzə, emosional vəziyyətinizə, bədəninizə diqqət yetirin. Başqaları haqqında düşünməyi dayandırın. Özünüzə suallar verin: "Mənə nə lazımdır?", "Mən nə istəyirəm?" və onlara verilən cavablara uyğun hərəkət edin.
O, həmçinin özünə inamı aşağı olan insanlara ətraf mühiti dəyişməyi tövsiyə edib. Yaxınlıqda onu dəstəkləməyi, başa düşməyi, hətta tənqidi ifadə etməyi (amma konstruktiv şəkildə) bacaranlar olmalıdır.
Nəhayət, Xodarevskaya düşüncənizi dəyişdirməyi və özünü inkişaf etdirməyə daha çox vaxt ayırmağı tövsiyə edib.
"Çox oxuyun, filmlərə baxın, sizdən daha çox bilən insanlarla danışın", – o, məsləhət bilib.
Daha əvvəl psixoloq Yevgeni İdzikovski çox pul olmadan xoşbəxtliyi necə tapmağın yolları barədə danışmışdı.
Xəbər lenti
0