DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Rusiya ilə kosmosda davranış haqqında saziş imzalamağa hazır olduğunu bildirib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidRaket buraxılışı, arxiv şəkli
Raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Abunə olmaq
"Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir.
BAKI, 2 may — Sputnik. Kosmosda davranışı tənzimləyən ikitərəfli "Artemida sazişləri"nin imzalanması ehtimalı Rusiya üçün hələ də açıqdır.
Bu sözləri NASA administratorunun müavini Pem Melroy "Meridian Space Diplomacy 2024" forumunda deyib.
"Hər kəs "Kosmos barədə Müqavilə"ni imzaladığı kimi "Artemida Sazişləri"ni də imzalaya bilər. Mənim fikrimcə, bu, gələcək üçün müəyyən prinsiplərə sadiqlikdir", – o bildirib.
Bundan əlavə, NASA rəhbərinin müavini kosmosun öyrənilməsi və istifadəsi zamanı davranış normaları və qaydaların hazırlanması və təkmilləşdirilməsinin zəruriliyini də bəyan edib.
Xatırladaq ki, "Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir. Bu günə qədər dördə yaxın ölkə belə sənədlər imzalayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının nüvə silahı ilə bağlı qətnaməsinin köməyi ilə kosmik silahlar sahəsində yeni öhdəliklər yaratmağa çalışır.
Xəbər lenti
0