Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Dövlət Dumasında Aİİ və İran arasında azad ticarət sazişi ratifikasiya edilib

© AFP 2023 / KIRILL KUDRYAVTSEVRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Saziş Aİİ ölkələri ilə İran arasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır.
BAKI, 26 aprel — Sputnik. Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Bu barədə Rusiya parlamentinin aşağı palatasının məlumat bazasından bildirilib.
Rusiya hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Saziş bir tərəfdən Aİİ və onun üzv dövlətləri, digər tərəfdən isə İran arasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına mümkün qədər yaxın olan əsas ticarət qaydalarını formalaşdırır. Bu, xüsusən də ən əlverişli rejim və milli rejim, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, kəmiyyət qadağalarından və malların idxalına qoyulan məhdudiyyətlərdən imtina ilə əlaqədardır.
Sənəddə baytarlıq, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını müəyyən edən müddəalar da var. Üstəlik, standart ÜTT qaydalarına əlavə olaraq, saziş onların əhatə dairəsindən kənara çıxan, lakin hələ də Aİİ-də tətbiq olunan öhdəlikləri nəzərdə tutur.
Saziş, həmçinin müxtəlif sahələrdə, o cümlədən faydalı qazıntıların hasilatı, emalı və istifadəsi, enerji səmərəliliyi, tədqiqat və innovasiyalar, təhsil, tibb, nəqliyyat, o cümlədən multimodal daşınma, telekommunikasiya, nəqliyyat və logistika infrastrukturunun inkişafı, nəqliyyat dəhlizləri sahələrində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
İzahat qeydinə əsasən, saziş xarici iqtisadi fəaliyyətin məhsul çeşidinin, təxminən 87%-i üçün güzəştli ticarət rejimini müəyyən edir. Onun həyata keçirilməsi Rusiya ixracatçılarına rüsumların ödənilməsində hər il, təxminən 300 milyon dollar qənaət etməyə imkan yaradacaq və İranla ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verəcək.
Aİİ ölkələrinin İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişini əvəz etməli olan tam miqyaslı azad ticarət sazişi 2023-cü ilin dekabr ayının sonunda imzalayıb. İmzalanma Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində baş tutub.
Xəbər lenti
0