DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda daşqınların ikinci dalğası başlayıb

© Sputnik / Ibrahim HashimovKatex çayı
Katex çayı - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb.
BAKI, 18 aprel — Sputnik. Sergeyevsk su anbarında suyun səviyyəsində təkrar artım müşahidə olunur, Şimali Qazaxıstan vilayətində daşqınla bağlı vəziyyət ümumilikdə ağır olaraq qalır.
Kazinform agentliyi xəbər verir ki, regionda daşqınların birinci dalğası keçdikdən sonra suyun səviyyəsi 250 santimetrə qədər azalmışdı. Lakin ikinci dalğanın gəlməsi ilə yenidən yüksəlmə başlayıb və bu gün saat 10:00-da 21 santimetr artım qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb.
Xatırladaq ki, daşqın başlayandan indiyədək rayonda 2886 evi su basıb, ərazidən 14388 nəfər təxliyə edilib. Təxliyə məntəqələrində 1073 nəfər yerləşdirilib.
Mart ayının sonu-aprelin əvvəlində Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, PavlodarŞimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib. 20 rayonda respublika və region səviyyəli operativ qərargahlar fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0