DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb

© AFP 2023 / MENAHEM KAHANAİsrail Prezidenti İsxak Hersoq
İsrail Prezidenti İsxak Hersoq  - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.
BAKI, 14 aprel - Sputnik. İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.
Bu barədə “Report” xəbər verir.
“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.
Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:
“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.
“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.
O həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü “sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb:
“Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.
Xəbər lenti
0