ELM

İlon Mask süni intellektə görə bəşəriyyətin ölüm ehtimalını açıqlayıb

© AFP 2023 / Patrick Pleul / POOL İlon Musk
İlon Musk - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Maskın özü, süni intellekti inkişaf etdirmək üçün "xAI" şirkətini qursa da, bu sahənin ciddi şəkildə tənzimlənməsinin tərəfdarıdır.
BAKI, 11 aprel — Sputnik. İlon Mask hesab edir ki, süni intellekt (Sİ) bəşəriyyət üçün ölümcül təhlükə ola bilər.
Xüsusi sammitdə o, nəzarətdən kənar süni intellektə görə apokalipsis ehtimalının, təxminən 10-20% olduğunu bildirib.
Eyni zamanda, Mask əmindir ki, bu texnologiyanın üstünlükləri mənfi cəhətlərdən daha çoxdur. Amma o, özünün bu hesablamalarına necə gəldiyini dəqiqləşdirmir.
Mütəxəssislər hesab edirlər ki, Mask, hətta riskin miqyasını da aşağı salır. Bəziləri bu rəqəmlərin 99%-ə qədər olduğunu qeud edir. Luisvill Universitetinin süni intellekt təhlükəsizliyi üzrə tədqiqatçısı Roman Yampolski isə əmindir ki, biz təkmillləşmiş süni intellekt yaratmamalıyıq, çünki ona nəzarət etmək mümkün olmayacaq.
Maskın özü, süni intellekti inkişaf etdirmək üçün "xAI" şirkətini qursa da, bu sahənin ciddi şəkildə tənzimlənməsinin tərəfdarıdır.
O, süni intellektin yaradılmasını super dahi bir uşağın doğulması ilə müqayisə edib (təxminən, tanrı kimi) və belə bir "körpənin" yalana meylli olaraq deyil, həqiqətə və hər şeylə maraqlanmağa cəhd edən biri kimi böyüdülməli olduğunu söyləyib.
Xəbər lenti
0