CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 7 aprel – FOTO

© Sputnik / Elnur Salayev7 aprel
7 aprel - Sputnik Azərbaycan, 1920, 07.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 7 aprel — Sputnik. Aprelin 7-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 7-də kimlər dünyaya gəlib?
Çingiz Abdullayev (1959) - Azərbaycan Respublikasının xalq yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, əsasən psixoloji və siyasi detektiv janrında yazır.
© Sputnik / Murad OrujovÇingiz Abdullayev
Азербайджанский писатель Чингиз Абдуллаев - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Çingiz Abdullayev
Frensis Ford Koppola (1939) - amerikalı kinorejissor, ssenarist və prodüserdir. Koppolanın çəkdiyi "Xaç atası" və Vyetnam müharibəsindən bəhs edən "Apokalipsis bu gün" filmləri ümumdünya şöhrəti qazanıb.
© AFP 2023 / MIGUEL RIOPA Francis Ford Coppola
Фрэнсис Форд Коппола, американский кинорежиссер - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Francis Ford Coppola
Mark Rudinşteyn (1946-2021) - Sovet və Rusiya film prodüseri, aktyor, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. O, "Kinotavr" film festivallarının yaradıcısı və prodüseri, həmçinin "Qızıl Qoç" film mükafatının təşkilatçısıdır.
© Sputnik / Евгения Новоженина / Mediabanka keçidMark Rudinşteyn
Mark Rudinşteyn  - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Mark Rudinşteyn
Ceki Çan (1954) - Honkonqun aktyoru, kinorejissoru, müğənni və döyüş ustasıdır. O, UNICEF-in xoşməramlı səfiri, Britaniya imperiyası ordeninin kavaleri, Çinin ən qədim "Çançun" kinostudiyasının baş direktorudur. Aktyor 100-dən çox filmdə baş rolda oynayıb və dünyada məşhur Asiyalı aktyorlardan biri sayılır. Çan kinoya verdiyi töhfəyə görə "Oskar" mükafatı laureatıdır.
© AP Photo / Chiang Ying-yingCeki Çan
Актер Джеки Чан - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Ceki Çan
Rassel Krou (1964) - Hollivud kinoaktyoru və rejissorudur. O, "Oskar", "Qızıl Qlobus", "BAFTA" və digər mükafatların qalibidir.
© Jordan Strauss / Invision / APRassel Krou
Рассел Кроу, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Rassel Krou
Aprelin 7-də dünyada baş verən tarixi hadisələr
1348-ci ildə Praqada Avropanın ən qədim universitetlərindən biri və ilk Slavyan universiteti olan Karlov Universitetinin əsası qoyulub.
1795-ci ildə Fransanın Milli Konvensiyası uzunluq vahidlərini – metr, kütlə, və kiloqramı müəyyən edən metrik ölçülər sistemini tətbiq edən qanun qəbul edib. Daha sonra metr və kiloqramın platin prototipləri istehsal edilib.
1827-ci ildə ingilis əczaçı və kimyaçı Con Uoker müasir kibritlərin prototipinə çevrilən ilk "kükürdlü kibritləri" satmağa müvəffəq olub.
© Sputnik / Ilham MustafaKibrit çöpləri, arxiv
Usta keyfiyyətsiz kibritlər səbəbindən çox əziyyət çəkir; hətta bu səbəbdən bir müddət işinə də ara verməli olub  - Sputnik Azərbaycan, 1920, 06.04.2024
Kibrit çöpləri, arxiv
1906-cı ildə Azərbaycanda ilk satirik jurnal olan "Molla Nəsrəddin"in ilk nömrəsi nəşr olunub. Görkəmli yazıçı Cəlil Məmmədqulizadənin redaktoru olduğu bu jurnal cəmiyyətin mütərəqqi qüvvələrini öz ətrafında toplayıb. Jurnalın redaksiyasında O.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, A.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları çalışıblar.
© Sputnik / Nigar Iskanderova"Molla Nəsrəddin" jurnalı
Molla Nəsrəddin jurnalı - Sputnik Azərbaycan, 1920, 06.04.2024
"Molla Nəsrəddin" jurnalı
1926-cı ildə ingilis qadın Violet Gibson İtaliya diktatoru Benito Mussoliniyə sui-qəsd etməyə cəhd edib, lakin güllə onun yalnız burnuna dəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0