Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda inflyasiya azalır - Ucuzlaşan və bahalaşan məhsullar hansılardır?

Manat - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
Fevralda qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.
BAKI, 27 mart — Sputnik. Bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 0,3 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.
Qeyd edək ki, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Valyuta bazarında tarazlığın qorunması, qəbul edilmiş pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərinin azaldılmasında mühüm rol oynayıb. Proqnozlara görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarımızda inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir.
Qida məhsulları
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
© REPORTDövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi  - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Dövlət Statistika Komitəsi
Qeyri-qida məhsulları
Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ödənişli xidmətlər
Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
© Photo : Heydar Aliyev Palacemobil telefon
Участники ролика Дворца Гейдара Алиева «Нежное создание» - Sputnik Azərbaycan, 1920, 18.03.2024
mobil telefon
Keçən il illik inflyasiya 2,1 faiz təşkil edib
Xatırladaq ki, baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2,1 faiz təşkil edib".
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
Xəbər lenti
0