https://sputnik.az/20240220/ucuncu-dunya-muharibesinin-baslayacagi-ile-bagli-qorxular-esassiz-deyil---lukasenko-462749690.html
Üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı qorxular əsassız deyil - Lukaşenko
Üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı qorxular əsassız deyil - Lukaşenko
Sputnik Azərbaycan
Belarus prezidenti hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas... 20.02.2024, Sputnik Azərbaycan
2024-02-20T12:58+0400
2024-02-20T12:58+0400
2024-02-20T13:02+0400
dünya xəbərləri
aleksandr lukaşenko
dünya
müharibə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_0:0:2997:1686_1920x0_80_0_0_3d5df37eb506cabdd88026b6af16b355.jpg
BAKI, 20 fevral — Sputnik. Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya da NATO-ya daxil olacaq. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbər heyəti ilə görüşündə bildirib. Onun sözlərinə görə, proqnozlar məyusedicidir. "Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir. Bütün Avropa liderləri ABŞ vətəndaşlarına çevriliblər" - prezident qeyd edib. Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib. Lukaşenko qeyd edib ki, NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnika, təyyarə və helikopteri Rusiya Federasiyası və Belarus sərhədləri yaxınlığında yerləşdirilib. "Belarus və Rusiyanın bilavasitə yaxınlığında Avropada həyata keçirilən alyans əməliyyatları çərçivəsində NATO və ABŞ-ın birgə silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bura mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter daxildir" - Lukaşenko deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441973673_89:0:2818:2047_1920x0_80_0_0_b2a02ce4cfb63f5036f078e18c433bb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr lukaşenko, dünya, müharibə
aleksandr lukaşenko, dünya, müharibə
Üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı qorxular əsassız deyil - Lukaşenko
12:58 20.02.2024 (Yenilənib: 13:02 20.02.2024) Belarus prezidenti hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.
BAKI, 20 fevral — Sputnik. Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiya da NATO-ya daxil olacaq. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbər heyəti ilə görüşündə bildirib.
"Finlandiyanın, indi isə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya və Herseqovina, Moldova, Gürcüstan, Serbiya alyansa cəlb olunacaq. Bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq" - o bildirib.
Onun sözlərinə görə, proqnozlar məyusedicidir.
"Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir. Bütün Avropa liderləri ABŞ vətəndaşlarına çevriliblər" - prezident qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil, çünki hərbi güc qərar qəbul edən mərkəzlərin əsas arqumentinə çevrilib.
"Hərbi güc yenidən dünya mərkəzlərinin problemlərin həlli üçün əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələrinin milyonlarla itkisi və dəhşəti olmayıb" - Lukaşenko deyib.
Lukaşenko qeyd edib ki, NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnika, təyyarə və helikopteri Rusiya Federasiyası və Belarus sərhədləri yaxınlığında yerləşdirilib.
"Belarus və Rusiyanın bilavasitə yaxınlığında Avropada həyata keçirilən alyans əməliyyatları çərçivəsində NATO və ABŞ-ın birgə silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bura mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter daxildir" - Lukaşenko deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.