Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb - Rəsmi

© Sputnik / Kəmalə Əliyeva“Dostluq” kinoteatrı
“Dostluq” kinoteatrı - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Ramiz İdrisoğlu bildirib ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb.
BAKI, 9 fevral — Sputnik. "Dostluq" kinoteatrının sökülməsi qanunsuzdur. Bunu Sputnik Azərbaycan-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib. O, deyib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
© Sputnik"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər
“Dostluq” kinoteatrı - Sputnik Azərbaycan, 1920, 09.02.2024
"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər
Qurum sözçüsü deyib ki, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb. Eyni zamanda Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
© Sputnik"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər
“Dostluq” kinoteatrı - Sputnik Azərbaycan, 1920, 09.02.2024
"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub. Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib" - Ramiz İdrisoğlu bildirib.
Qeyd edək ki, bir neçə gündür, "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar yayılıb.
© Sputnik“Dostluq” kinoteatrı
“Dostluq” kinoteatrı - Sputnik Azərbaycan, 1920, 09.02.2024
“Dostluq” kinoteatrı
Xəbər lenti
0