CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideynlərin diləndirdiyi uşaq sığınacağa yerləşdirildi - FOTO

© AFP 2023 / KENZO TRIBOUILLARDDilənçilər, arxiv şəkli
Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
K.Ağazadə bildirib ki, roman qrupundan olan uşağın bədənində xəsarətlər aşkarlanıb.
BAKI, 29 yanvar — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:
"Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci götürəndə isə anası tərəfindən döyülüb. Bu, azmış kimi, anası onu hər dəfə atasına da döydürüb. Odur ki, bu valideynlər cəzalandırılmalıdırlar" - K.Ağazadə qeyd edib.
K.Ağazadə bədənində xəsarətlər olan uşağın roman qrupundan olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələnin Komitənin nəzarətində olduğunu bəyan edib.
Xəbər lenti
0