DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Həmas İsraillə danışıqları dondurub -KİV

© AFP 2023 / ARIS MESSINISİsrail-Həmas, arxiv
İsrail-Həmas, arxiv - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb.
BAKI, 3 yanvar - Sputnik. Fələstinin Həmas hərəkatı Beyrut ətrafında qruplaşmanın liderlərindən olan Saleh əl-Arurinin öldürülməsindən sonra Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraillə danışıqların dondurulduğunu elan edib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
HƏMAS Siyasi Bürosunun rəhbəri Beyrutda hərəkatın liderlərindən birinin öldürülməsini terror aktı adlandırıb.
Telekanalın qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə hücumu “terror aktı” kimi qiymətləndirərək, bunu Livanın suverenliyinin pozulması və İsrailin fələstinlilərə qarşı düşmənçiliyinin artması adlandırıb.
Bundan əvvəl HƏMAS İsrailin pilotsuz təyyarəsinin Dahiyaya hücumu nəticəsində əl-Arurinin öldüyünü rəsmən təsdiqləyib. Əl-Aruri ilə yanaşı, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının iki komandiri də öldürülüb.
Əl-Arurini HƏMAS-ın silahlı qanadının qurucularından biri adlandırırlar. 2017-ci ildə Əl-Aruri HƏMAS siyasi bürosu rəhbərinin müavini seçilmişdi və son vaxtlara qədər radikal hərəkatda “ikinci şəxs” sayılırdı. İsrailin baş naziri Benyamin Netanyahu hələ oktyabrın 7-də Həmas ilə İsrail arasında münaqişə qızışmazdan əvvəl onu ölümlə hədələmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0