DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə taxıl müqaviləsini yeniləmək təşəbbüslərini davam etdirir - MN

© AFP 2023 / SIMON WOHLFAHRTYaşar Gülər. arxiv
Yaşar Gülər. arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Abunə olmaq
Nazir Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə 2024-cü il yanvarında İstanbulda Bolqarıstan, Rumıniya və Türkiyəninmüdafiə nazirlərinin iştirakı ilə müvafiq sazişin imzalanmasından da danışıb.
BAKI, 16 dekabr - Sputnik. Türkiyə taxıl müqaviləsini canlandırmaq üçün addımlar atmağa davam edir. TASS xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​məlumat verib.

“Ümid edirik ki, bütün dünyaya təsir edən bu müharibə (Ukraynadakı münaqişə - TASS-ın qeydi) mümkün qədər tez başa çatacaq. Ölkəmizin koordinasiyası ilə bağlanmış və səmərəliliyinə görə ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə vermiş Qara dəniz taxıl sazişinin yenilənməsi istiqamətində öz tərəfimizdən təşəbbüslər həyata keçirməyə davam edirik”, - deyə CNN Türk telekanalı nazirə istinadən xəbər verib.

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQuru yük gəmisi, arxiv
Сухогруз в Беринговом море - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Quru yük gəmisi, arxiv
Yaşar Gülər ​​Türkiyənin “Qara dənizdə tarazlığı təmin edən Montrö Boğazları Konvensiyasını məsuliyyətli və qərəzsiz şəkildə yerinə yetirdiyinə” də diqqət çəkib.
Nazir əlavə edib ki, noyabrın 22-23-də Türkiyədə Qara Dəniz Minalarla Mübarizə Qrupunun iclaslarının üçüncü raundu keçirilib.

“Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə irəli sürdüyümüz üçtərəfli təşəbbüs çərçivəsində keçirilib. Biz 2024-cü il yanvarın 11-də İstanbulda üç ölkənin (Bolqarıstan, Rumıniya və Türkiyənin - TASS-ın qeydi) müdafiə nazirlərinin iştirakı ilə [müvafiq sazişin] imzalanma mərasimini keçirməyi planlaşdırırıq”, - deyə türkiyəli nazir bildirib.

© AFP 2023 / DIMITAR DILKOFFDənizdə mina partlayışı, arxiv
Взрыв морской мины, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Dənizdə mina partlayışı, arxiv
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0