Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sabirabadda ölən uşaqla bağlı açıqlama -TƏBİB

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Yaqub Tağıyev rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib.
BAKI, 1 dekabr — Sputnik. 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ını sorğusuna verilən cavabda deyilir.
Qeyd olunur ki, Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.
Xatırladaq ki, Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub. Bildirilir ki, körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilib.
Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev Sputnik Azərbaycan-a bildirilmişdi ki, qızılcadan uşaq ölümü ilə bağlı hələ ki, onlara məlumat daxil olmayıb.
Bununla belə, o, rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir.
Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0