CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq etdi

© AR Ministry of Internal AffairsDİN-nin binası, arxiv şəkli
DİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin.
BAKI, 29 noyabr - Sputnik.Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Vətəndaşlara kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.
Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib:
"Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildirişləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.
25.11.23, 12:34
DİN əhaliyə kiber-talançılıqla bağlı xəbərdarlıq edib
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.
O, sosial şəbəkə hesabından yaydığı müraciətdə yazıb:
"Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır!".
Xəbər lenti
0