DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Ukraynada yeni Maydan və dövlət çevrilişinin mümkünlüyünü bildirib

© Piroschka van de Wouw / Pool via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Ukrayna lideri kəşfiyyatın belə bir məlumata sahib olduğunu qeyd edib.
BAKI, 18 noyabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski dövlət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün “Maydan”da çevriliş hazırlığının olacağını və kəşfiyyatın bu cür məlumatlara sahib olduğunu bildirib.
Bu barədə Rusiya mediası “Bloomberg” agentliyinə istinadən xəbər verib.
“Kəşfiyyatımızda belə məlumatlar var, tərəfdaşlarımız da bu barədə bizə xəbərdarlıq ediblər” - agentlik Ukrayna liderinin mümkün dövlət çevrilişi ilə bağlı fikirlərindən sitat gətirir.
Zelenski qeyd edib ki, bu vəziyyətdə söhbət 2004 və 2014-cü il hadisələrindən sonra baş verən dövlət çevrilişlərindən sonra baş verəcək “Maydan 3”dən gedir.
Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə nazirinin sabiq köməkçisi Stiven Brayan “Asia Times” qəzetində Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnının niyyətindən danışıb.
Bundan bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Larri Conson bildirib ki, İngiltərə xüsusi xidmət orqanları artıq Zelenskinin yerinə Ukrayna ordusunun baş komandanını seçiblər.
Xəbər lenti
0