Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: "Fərrux, Sarıbaba-Qırxqız və digər hərbi əməliyyatlar Ermənistana mesaj idi"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 08.11.2023
Abunə olmaq
Dövlət başçısının sözlərinə görə, bu əməliyyatlar Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
BAKI, 8 noyabr - Sputnik. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız.
“Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”, - deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xankəndi şəhərində keçirilən paradda iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 08.11.2023
FOTO
Prezident və xanımı Xankəndidə Zəfər paradında iştirak ediblər - Fotolar
Xəbər lenti
0