Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər ehtiyac var" - Prezident

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
İlham Əliyev onu da vurğulayıb ki, investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək.
BAKI, 26 oktyabr — Sputnik. "Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
"Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var", - dövlət başçısı qeyd edib.
Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.
Xəbər lenti
0