https://sputnik.az/20231009/yaxin-serqde-bas-verenler-nefti-bahalasdirir-459408559.html
Yaxın Şərqdə baş verənlər nefti bahalaşdırır
Yaxın Şərqdə baş verənlər nefti bahalaşdırır
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T11:13+0400
2023-10-09T11:13+0400
2023-10-09T11:13+0400
neft-qaz
neft
qiymət
brent
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290098_0:160:3072:1888_1920x0_80_0_0_94680eaf2b3d61d23cc8cff82d34c6f2.jpg
BAKI, 9 oktyabr — Sputnik. Yaxın Şərqdə baş verənlər tədarüklə bağlı narahatlıqları artırdığı üçün nefti qiymətləri yüksəlir. "Brent" nefti 3,10 dollar bahalaşaraq 87,68 dollara, ABŞ-nin Qərbi Texas ("WTI") nefti isə 3,26 dollar artaraq 86,05 dollara çatıb. Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür. Qeyd edək ki, keçən həftə ABŞ Mərkəzi Bankının yüksək faiz dərəcələri və onların qlobal tələbata təsiri ilə bağlı narahatlıqlar fonunda "Brent" nefti 11 faiz və "WTI" nefti 8 faizdən çox ucuzlaşıb. Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 dollar azalaraq 91,23 dollar təşkil edib. Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290098_171:0:2902:2048_1920x0_80_0_0_f5a242187bcee45de3f79d817d37bdd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, brent, azeri light markalı neft
neft, qiymət, brent, azeri light markalı neft
Yaxın Şərqdə baş verənlər nefti bahalaşdırır
Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür.
BAKI, 9 oktyabr — Sputnik. Yaxın Şərqdə baş verənlər tədarüklə bağlı narahatlıqları artırdığı üçün nefti qiymətləri yüksəlir.
"Brent" nefti 3,10 dollar bahalaşaraq 87,68 dollara, ABŞ-nin Qərbi Texas ("WTI") nefti isə 3,26 dollar artaraq 86,05 dollara çatıb.
Analitiklərin fikrincə, Yaxın Şərqdə artan geosiyasi risklər neft qiymətlərini dəstəkləyir və daha yüksək volatillik mümkündür.
Qeyd edək ki, keçən həftə ABŞ Mərkəzi Bankının yüksək faiz dərəcələri və onların qlobal tələbata təsiri ilə bağlı narahatlıqlar fonunda "Brent" nefti 11 faiz və "WTI" nefti 8 faizdən çox ucuzlaşıb.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 dollar azalaraq 91,23 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.