Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın elektron su xəritəsi hazırlanıb

Kür çayı - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Nazim İsmayılovun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir.
BAKI, 5 oktyabr — Sputnik. "Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir: "Belə ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür".
Xatırladaq ki, azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"na həsr olunmuş konfransda "Böyük Qayıdışın ekoloji aspektləri" mövzusunda çıxışı zamanı bu barədə məlumat verərək bildirib ki, , "Qarabağın təbii ehtiyatlar atlası" tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.
Xəbər lenti
0