DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Sən faydasızsan": Amerikalılar Baydenin hərəkətlərindən qəzəbləniblər

© AP Photo / Susan WalshCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
"The Daily Mail"in oxucuları Havay adalarında baş veriən yanğınlar zamanı Baydenin istirahətini tənqid ediblər.
BAKI, 15 avqust — Sputnik. ABŞ-ın "The Daily Mail" qəzetinin oxucuları Havay adalarındakı dağıdıcı yanğınlar fonunda Delaver ştatında laqeyid şəkildə velosiped sürən Prezident Co Baydenin istirahətindən qəzəbləniblər. Eyni zamanda jurnalistlər ondan zərər çəkmiş ştata səfərinin olub-olmadığını soruşanda, o, velosipedin pedallarını fırladaraq rəsmi olaraq "biz bu məsələni araşdırırıq" cavabını verib və hətta dayanmayıb belə.
"Uzaq dur. Sən faydasızsan", - deyə "zmjunkie" ləqəbli oxucularından biri yazıb.
Baydenin son üç ildə çox tez-tez məzuniyyətdə olmasını insanlar dövlət başçısı üçün qəbuledilməz olduğunu da qəzəbli şəkildə ifadə ediblər.
"John1017" adlı istifadəçi Co Baydenin xoşbəxtliklə gəzərkən həmvətənlərinin Havayda hər şeylərini itirdiklərini yazıb. Eyni zamanda şərhçi qeyd edib ki, bu cür dəhşətli hadisələr fonunda prezident oraya getməyin lazım olub olmadığını hələ düşünür.
İstifadəçilərdən biri onu "gülümsəyən təlxək" adlandırıb, həmçinin onun hakimiyyəti illərində ABŞ-a səkkiz milyona yaxın qeyri-qanuni mühacirin gəldiyini və daha bir neçə milyonun isə artıq yolda olduğunu da qeyd edib. Bu vəziyyətdə hətta demokratlar da öz şəhərlərini müdafiə etməyə başlayıblar, Co Bayden isə "milli utanc" kimi görünür.
Xatırladaq ki, bu yaxınlarda Havay adalarında baş verən yanğınların ümumi zərəri 5,5 milyard dollar həcmində qiymətləndirilir. Yanğın 210 tikilini məhv edib, onların əksəriyyəti yaşayış binaları olub.
Xəbər lenti
0