SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir - Diplomat

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi, arxiv
Xankəndi, arxiv - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Səfir bildirib ki, Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib
BAKI, 20 iyul — Sputnik. Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətlidir.
APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə ölkəmizin erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı çağırışlara dair cavabında deyib.
Səfir bildirib ki, bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib.
© Photo : TRENDRövşən Sadıqbəyli
Ровшан Садыгбейли  - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Rövşən Sadıqbəyli
"Hökumət onların reinteqrasiyası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndənin yerli ermənilərlə ilk görüşündən sonra erməni tərəfi aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək Bakıda müzakirələrin növbəti mərhələsini əngəlləyib. Qeyd etmək vacibdir ki, Azərbaycan belə bir dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib və əlavə görüşlərə ev sahibliyi etmək istəyini ifadə etməklə, nəzərəçarpacaq nəticələrə nail olmaq üçün həqiqi sadiqliyini nümayiş etdirib. Bu xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir. İnsan hüquqlarının bərabər və ayrı-seçkiliyə yol vermədən təmin edilməsi Ermənistandan bu ölkədən qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, ləyaqətli və təhlükəsiz qayıdışına kömək etməklə, onların insan hüquqları ilə bağlı müvafiq sənədlərlə tanınan əsas azadlıqlarından tam şəkildə istifadəsini təmin etməklə öz beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edir", - diplomat vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0