Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçir - VİDEO

© Photo : General Prosecutor's Office of AzerbaijanAzərbaycan-Ermənistan sərhədi, Laçında post
Azərbaycan-Ermənistan sərhədi, Laçında post - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.
BAKI, 26 iyun — Sputnik. Qarabağın erməni əhalisinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradılıb.
APA xəbər verir ki, erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə deyib ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Azərbaycan tərəfinin hal-hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0