DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna üçün resept: Zelenskinin sözlərindən sonra Kiyevin iki seçimi qalır

© AP Photo / Efrem LukatskyVladimir Zelenski
Vladimir Zelenski - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Qərb analitikləri düşünürlər ki, Kiyev ya yeni silahlar almalı, ya da NATO-ya daxil olmalıdır.
BAKI, 25 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) ləng hücumu ilə bağlı dediklərindən sonra Kiyev və NATO-nun iki seçimi qalır - yeni silahların tədarükü və ya Qərb hərbi blokuna qoşulmaq.
Bu barədə "Advance" nəşri məlumat yayıb.
"Kiyev dərhal ona daha çox silah verilməsini tələb edir. Bundan əlavə, Ukraynanın hansısa sürətləndirilmiş prosedur üzrə NATO-ya daxil olması ideyası nəzərdən keçirilir", - məqalədə qeyd edilib.
Nəşr bildirir ki, hazırda müəyyən edilmiş qaydalardan yan keçərək, Ukraynanı NATO-ya sürükləmək cəhdləri gedir. Və bu cür təkliflər Zelenskinin Ukrayna qoşunlarının ləng hücumu ilə bağlı sözlərindən sonra ortaya çıxıb.
Bundan başqa, məqalə müəllifi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin NATO üzvlərinin və Londonun Kiyevin Şimali Atlantika Alyansına sürətlə daxil olma planını dəstəklədiyi barədə sözlərini xatırladıb.
Qeyd edilib ki, əgər bu ideya üstünlük təşkil edərsə, o zaman silahlı münaqişənin genişlənməsi baş verə bilər.
Bu yaxınlarda "American Greatness"in icmalçısı Kristofer Rouç bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı ukraynalı hərbçilərin itkiləri amerikalılar üçün vacib dərs olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0