DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan 2026-cı ilə qədər bu avtomobillərin idxalına sıfır rüsum tətbiq edəcək

© AFP 2023 / STRAvtomobillər, arxiv şəkli
Avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Mühərrik silindrinin həcmi 1200 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalı üçün 5% idxal rüsumu dərəcəsi müvəqqəti olaraq müəyyən edilir.
BAKI, 20 iyun — Sputnik. Özbəkistanda 2026-cı il yanvarın 1-dək kiçik mühərrikli avtomobillərin idxalına sıfır rüsum tətbiq ediləcək. Bu barədə çərşənbə axşamı Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı dərc edilib.

"2026-cı il yanvarın 1-dək mühərrikinin həcmi 1000 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalına sıfır dərəcə rüsum tətbiq edilsin", – sənədin mətni milli qanunvericilik bazasının internet saytında dərc olunub. Əvvəllər bu sinfə aid avtomobillərin idxalı üçün hər kub santimetr üçün 5% + 0,6 dollar rüsum tətbiq edilirdi. Sənədə əsasən, mühərrik silindrinin həcmi 1200 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalı üçün 5% idxal rüsumu dərəcəsi müvəqqəti olaraq müəyyən edilir. Bu dəyişikliklər istehsal olunmuş avtomobillərin Özbəkistanın gömrük sərhədindən keçirildiyi vaxtdan bir ildən gec olmayaraq idxalına şamil edilir. Bu tədbir daxili avtomobil nəqliyyatı bazarında rəqabət mühitinin daha da inkişaf etdirilməsi və əhalinin münasib qiymətə sərnişindaşıma vasitələri ilə təmin edilməsi məqsədilə həyata keçirilib", - sənəddə deyilir.

Son vaxtlara qədər Özbəkistanda avtonəqliyyat vasitələrinin idxalı zamanı avtomobilin dəyərinin 70%-dən 120%-dək idxal rüsumları və aksizlər tətbiq edilirdi. Nəticədə, UzAvto Motors-un məhsulları respublikanın avtomobil bazarında üstünlük təşkil etdi.
Mirziyoyevin fərmanına əsasən, 2020-ci il avqustun 1-dən Özbəkistana yeni minik və yük avtomobillərinin, kommersiya nəqliyyat vasitələrinin idxalına tətbiq edilən aksiz vergisi ləğv edilib.
Eyni zamanda, ölkəyə gətirilən və istehsal olunan avtomobil, traktor, xüsusi və yol texnikası üçün təkrar emal haqqı tətbiq edilib. 2022-ci ilin fevral ayında istehsal tarixi bir ildən az olan avtomobillər üçün idxal rüsumları mühərrik həcmindən asılı olaraq iki dəfə azaldılıb, 15% və 30% təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0