DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Nasir Kənano deyib ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib.
BAKI, 13 iyun — Sputnik. ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuat konfransında deyib.
"Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilərin də iştirakı ilə aparılan danışıqların nəticələrini gözləyirik", - o, qeyd edib.
Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib:
"Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə danışıqları prosesi ilə bağlı mövqeyimiz aydındır. İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. Hökumət sanksiyaların aradan qaldırılmasına yönəlmiş diplomatik prosesləri heç vaxt dayandırmayıb".
Mətbuat katibi, Omanın vasitəçiliyi ilə baş tutan İran-ABŞ danışıqlarının gizli olmadığını deyib: "Omanda ABŞ tərəfi ilə bir neçə həftə əvvəl danışıqlar apardıq".
Kənani qeyd edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planını əvəz etmək üçün müvəqqəti saziş və ya yeni razılaşmalar üzrə danışıqları təsdiq etmir (APA).
Xəbər lenti
0