https://sputnik.az/20230613/abs-la-ran-arasinda-yaxin-gelecekde-mehbus-mubadilesi-ola-biler-455846325.html
ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər
ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər
Sputnik Azərbaycan
Nasir Kənano deyib ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T10:47+0400
2023-06-13T10:47+0400
2023-06-13T10:47+0400
məhbus
dünya xəbərləri
abş
iran
https://cdnn1.img.sputnik.az/img/41407/39/414073984_0:110:3068:1835_1920x0_80_0_0_64206e5112adfd4f0d1c005a4b3ea016.jpg
BAKI, 13 iyun — Sputnik. ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuat konfransında deyib. "Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilərin də iştirakı ilə aparılan danışıqların nəticələrini gözləyirik", - o, qeyd edib. Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə danışıqları prosesi ilə bağlı mövqeyimiz aydındır. İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. Hökumət sanksiyaların aradan qaldırılmasına yönəlmiş diplomatik prosesləri heç vaxt dayandırmayıb". Mətbuat katibi, Omanın vasitəçiliyi ilə baş tutan İran-ABŞ danışıqlarının gizli olmadığını deyib: "Omanda ABŞ tərəfi ilə bir neçə həftə əvvəl danışıqlar apardıq". Kənani qeyd edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planını əvəz etmək üçün müvəqqəti saziş və ya yeni razılaşmalar üzrə danışıqları təsdiq etmir (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41407/39/414073984_112:0:2843:2048_1920x0_80_0_0_b5cd468e654d9980f90743f882604876.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhbus, abş, iran
ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər
Nasir Kənano deyib ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib.
BAKI, 13 iyun — Sputnik. ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani mətbuat konfransında deyib.
"Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilərin də iştirakı ilə aparılan danışıqların nəticələrini gözləyirik", - o, qeyd edib.
Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib:
"Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə danışıqları prosesi ilə bağlı mövqeyimiz aydındır. İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. Hökumət sanksiyaların aradan qaldırılmasına yönəlmiş diplomatik prosesləri heç vaxt dayandırmayıb".
Mətbuat katibi, Omanın vasitəçiliyi ilə baş tutan İran-ABŞ danışıqlarının gizli olmadığını deyib: "Omanda ABŞ tərəfi ilə bir neçə həftə əvvəl danışıqlar apardıq".
Kənani qeyd edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planını əvəz etmək üçün müvəqqəti saziş və ya yeni razılaşmalar üzrə danışıqları təsdiq etmir (APA).