DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində fırıldaqçılar “Messi ilə axşam” görüşünü 39 min avroya satırlar

© AFP 2023 / BERTRAND GUAYLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.
BAKI, 12 iyun - Sputnik. Çində fırıldaqçılar Argentina milli futbol komandasının kapitanı Lionel Messi ilə eksklüziv axşam keçirmək üçün 39 000 avro (təxminən 300 000 yuan) istəyirlər.
"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.
Messinin Çinə gəlişindən sonra internetdə çoxlu şübhəli təkliflər, o cümlədən 650 avroluq stadion bileti, Argentina imzalı köynək, ön sırada oturacaqlar və oyunçu ilə fotoşəkil də daxil olmaqla fərdi VIP paketi ortaya çıxıb.
Çində keçiriləcək Argentina - Avstraliya matçının biletləri 620 avro qiymətinə təklif edilib. Biletlər satışa çıxarıldıqdan sonra qısa müddət ərzində satılıb.
Polisin məlumatına görə, stadiona daxil olmaq üçün ödəniş qəbzi və şəxsiyyəti təsdiq edən sənəd tələb olunsa da, satıcılar biletləri ilkin qiymətdən üç dəfə artıq qiymətə onlayn satırlar.
Xatırladaq ki, mayın 7-də Lionel Messi Amerikanın İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemə məxsus “İnter Mayami” klubu ilə müqavilə imzaladığını açıqlayıb. Üçillik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir.
Xəbər lenti
0