DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması "sıçrayış"a yol açacaq - Netanyahu

© Alex KOLOMIENSKY / POOL / AFP İsrailin Baş naziri Benyamin Netanyahu
 İsrailin Baş naziri Benyamin Netanyahu - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
İsrailin Baş naziri bildirib ki, Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan, onunla münasibətlərin yaxşılaşması gələcək üçün böyük sıçrayış olacaq.
BAKI, 10 iyun— Sputnik. İsrail başda Səudiyyə Ərəbistanı olmaqla bütün ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu İngiltərənin "Sky News" telekanalına verdiyi müsahibədə bildirib.
Netanyahu deyib ki, iki ölkə arasında bölgədəki sülhü, insan haqlarının rifahını daha da artırmaq üçün böyük fürsətlər mövcuddur.
"Bunun tarixi də dəyişdirəcəyini düşünürəm", - Netanyahu deyib.
"Səudiyyə Ərəbistanı təkcə ərəb dünyasında deyil, islam dünyasında da ən təsiredici ölkə olduğundan düşünürəm ki, bu ölkə ilə münasibətlərin yaxşılaşması gələcək üçün böyük sıçrayış olacaq", - deyə o, əlavə edib.
Fələstin məsələsinə dair isə Netanyahu bildirib ki, Ərəb-İsrail münaqişəsinin sona çatmasının Fələstin-İsrail münaqişəsinə də təsir edəcəyinə inanır.
Səudiyyə Ərəbistanı hökuməti isə öz növbəsində bildirib ki, Fələstin məsələsi həllini tapmadan İsraillə münasibətləri normallaşdırmağı və Təl-Əviv rəhbərliyi ilə əlaqə qurmağı planlaşdırmır.
Xəbər lenti
0