CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın əsir saxladığı azərbaycanlı əsgərin həbs müddəti uzadılıb

© Depositphotos.com / GarloonMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
BAKI, 9 iyun - Sputnik. Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.
Sputnik Ermənistanın məlumatına görə, məhkəmə prosesinə jurnalistlərin girişi məhdudlaşdırılıb, proses bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Xəbər lenti
0