DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq Türkiyəyə səfər edəcək

© AFP 2023 / KENZO TRIBOUILLARDNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər.
BAKI, 1 iyun — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Bu barədə RİA Novosti xəbər verir.
Bundan əvvəl Stoltenberq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bu mövzuda telefonla danışıb.
Norveçdə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən baş katib deyib: “Mən İsveçin ən qısa zamanda alyansa daxil olması ilə bağlı müzakirələri davam etdirmək üçün yaxın vaxtlarda Ankaraya səfər edəcəyəm”.
Onun sözlərinə görə, belə bir səfərin vaxtı hələ müəyyən edilməyib.
Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda alyansa daxil olmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Xəbər lenti
0