DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistanda demokratiyaya təhlükə olduğunu açıqlayıb

© AP Photo / Petr David JosekNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Hökumət başçısı ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət olunacaq.
BAKI, 31 may — Sputnik. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Bunu Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu təhdidlər hamıya yaxşı məlumdur və aşkardır.
"Lakin bizim hamımızı düşündürən ən aktual məsələ demokratiyanın təhlükəsizliyini təmin etməyə qadir olduğumuzu sübut edib, cavab verə bilməyimizdir. Bu, həqiqətən də vacib məsələdir və biz hamımız inanırıq ki, buna müsbət cavab var. Amma bunu hələ sübut etmək lazımdır", - deyə o, qeyd edib.
Hökumət başçısı Ermənistanda mətbuat, internet və seçki azadlığını nailiyyət deyil, adi hal adlandırıb. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda "rəngli inqilab" baş verəndə inqilabdan sonrakı eyforiya şəraitində hökumət sadəcə olaraq söz azadlığını məhdudlaşdırmağa zərurət görmürdü.
"2021-ci ildə eyni növbədənkənar seçkilər demokratik dəyərlərə sadiqliyi nümayiş etdirdi", - deyə o əlavə edib.
"Təbii ki, bu seçkilər qüsursuz keçmədi. Siyasi ab-hava, siyasi mədəniyyət həll edilməli olan məsələlərdir", - Paşinyan deyib.
Baş nazir bəyan edib ki, demokratiyanın daha da inkişafına yönəlmiş bir çox institusional islahatlar hələ də davam edir. Onlar insan hüquqlarının müdafiəsinin daha yüksək səviyyəsinə, qanunun aliliyinə, korrupsiyaya qarşı mübarizəyə gətirib çıxarmalıdır.
O, əmindir ki, iqtisadiyyatda mövcud müsbət nəticələr daha çox azadlıq səviyyəsi ilə bağlıdır.
"İqtisadiyyat dövlət tərəfindən idarə olunsaydı, xüsusilə də müharibədən sonrakı dövrdə ölkədə çox ciddi və dərin problemlər yaranardı. Amma azadlıq iqtisadiyyata "çatdığı" üçün ən çətin anda köməyimizə çatdı", - Baş nazir vurğulayıb.
Paşinyan ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət olunacaq.
 Vaaqn Xaçaturyan - Sputnik Azərbaycan, 1920, 31.05.2023
DÜNYA XƏBƏRLƏRİ
Ermənistan Prezidenti: "Biz sülhə doğru gedirik"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0