Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionudur

© Photo : AZERTAGAzərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası  - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Abunə olmaq
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçib.
BAKI, 21 may - Sputnik. Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.
© Photo : AZERTAGAzərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası  - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası
İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0