Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ceyhun Bayramov: “Münaqişənin başa çatması sülhün qurulması üçün perspektivlər yaradıb”

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
XİN rəhbəri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib.
BAKI, 17 may — Sputnik. "Qarabağ münaqişəsinin sona çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və barışığın təmin edilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırmaq üçün imkanlar və real perspektivlər yaradıb".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilərək uzun yol keçib.
Nazir vurğulayıb ki, Azərbaycan 2020-ci ildə Ermənistanla silahlı toqquşmaya son qoyaraq, 30 illik işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi iztirablara baxmayaraq, Ermənistanla davamlı sülhün təmin olunmasında fəal iştirak edib.
İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçi qəbul edib.  - Sputnik Azərbaycan, 1920, 17.05.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib
Xəbər lenti
0