Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Suqovuşanda "Prezident Kuboku-2023" beynəlxalq reqatasının rəsmi açılışı olub

© Photo : "Azərenerji" OJSCSuqovuşan Kiçik Su Elektrik Stansiyası
Suqovuşan Kiçik Su Elektrik Stansiyası - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Reqatanın ilk günü Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir.
BAKI, 4 may — Sputnik. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.
Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, "Azərreyl" Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.
AKAF prezidenti Vüqar Əhmədov bildirib ki, yarışda 20-dək ölkənin idmançıları iştirak edir. O bildirib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunan Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzulayıb.
Fərid Qayıbov vurğulayıb ki, üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayı artır.
Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunub.
Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.
Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək. (Report)
Xəbər lenti
0