SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Peskov: Qarabağ üzrə vəziyyətin həlli üçün bundan başqa hüquqi əsas yoxdur

© Sputnik / Евгений ОдиноковPeskov
Peskov - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Rusiya Prezidentinin sözçüsü bildirib ki, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər.
BAKI, 2 may — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağ üzrə vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa heç bir hüquqi əsas yoxdur", - deyə Peskov bildirib.
O qeyd edib ki, indiyədək bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur.
"Əlbəttə, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər var. Bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər", - Peskov əlavə edib.
Bundan əvvəl Ermənistan, ABŞ və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri Vaşinqtonda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini və İrəvanla Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə ediblər.
Xəbər lenti
0