SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qriqoryan: "Ermənistan Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərilməsini istəyir"

© SputnikErmənistan TŞ katibi Armen Qriqoryan
Ermənistan TŞ katibi Armen Qriqoryan - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
BAKI, 28 aprel — Sputnik. Ermənistan Laçın dəhlizinə və "Dağlıq Qarabağ"a beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq tərəfdaşlarla intensiv iş aparır.
"Armenpress"in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində deyib.
"Hazırda biz Fransanın Laçın dəhlizindəki vəziyyətin həllinə böyük marağını görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda beynəlxalq faktaraşdırıcı missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik", - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Onun sözlərinə görə, Fransa həm ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində, həm də "Qarabağ münaqişəsi"nin həllində Ermənistan üçün faydalı ola bilər. Bu kontekstdə o, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Aİ prezidenti Şarl Mişel ilə dördtərəfli görüşün təşkilində mühüm rol oynadığını və bunun ardınca Aİ-nin mülki missiyasının Ermənistana göndərildiyini xatırladıb.
"Fransa Ermənistana kömək etmək yollarını axtarmaqda davam edir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi "Dağlıq Qarabağ" məsələsində maraqlı olmaqda davam edir", - Qriqoryan qeyd edib.
Bundan əlavə, Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
"Biz bütün tərəfdaşlarımıza missiyanın daha yaxşı müşahidə apara bilməsi üçün missiyanın heyətini, eləcə də digər imkanları artırmağı təklif edirik", - deyə Qriqoryan bildirib.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Xəbər lenti
0