SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qriqoryanın açıqlamasına suallı cavab - məgər Zəngəzur dəhlizi Rusiyaya məxsusdur?

© Sputnik / Murad Orujovİlqar Vəlizadə
İlqar Vəlizadə - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Politoloq bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə verilməsi nəzərdə tutulub.
BAKI, 27 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən "Laçın dəhlizi" Rusiyaya məxsusdur.
Sputnik Azərbaycan bu açıqlama ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.
Politoloq bildirib ki, Ermənistan Təhlükəsizlik Şurası Katibinin bu açıqlaması reallıqdan uzaqdır.
Onun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi reallıqları olduğu kimi dərk edə bilmir:

"Onlar imzalanmış sənədləri təhrif olunmuş formada təqdim etməyə çalışırlar. Bunu fikirləşməyin özü absurddur ki, Azərbaycan hansısa sənədi imzalayanda öz ərazisini üçüncü bir dövlətə təhvil vermiş olsun".

Politoloq Qriqoryana xatırlatma da edib və bildirib ki, üçtərəfli bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması da nəzərdə tutulub:

"Və biz bilirik ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə verilməsi nəzərdə tutulub. Məgər bu o deməkdir ki, Zəngəzur dəhlizi Rusiyaya məxsusdur? Onda Zəngəzur Dəhlizi müzakirəsini Ermənistanla yox, elə Rusiya ilə aparaq. Onu da nəzərə almaq lazımdır ki, bu istiqamətdən keçən dəmiryoluna nəzarət uzun müddətli dövr üçün Rusiyanın Cənubi Qafqaz Dəmiryolu idarəsinə məxsusdur".

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin nə deməsindən asılı olmayaraq üçtərəfli bəyanatın 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aydın müddəa əks olunub. Bəyanatın 6-cı bəndində qeyd olunur:

"Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ermənistan TŞ katibi Armen Qriqoryan - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistan Təhlükəsizlik Şurasının katibindən təxribatçı açıqlama
Xəbər lenti
0