Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunacaq

© AFP 2023 / JEAN-PIERRE MULLERЛоготип ЮНЕСКО, фото из архива
Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Mədəniyyət nazirinin müavini bildirib ki, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur
BAKI, 20 aprel — Sputnik. Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır.
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Qurum rəsmisinin sözlərinə görə, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur: “Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
S.Yusifova bildirib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olub və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynayıb:
“Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib. Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş edib”.
Xəbər lenti
0