Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Start-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub

© pixabay / gagnonm1993kinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır.
BAKI, 18 aprel — Sputnik. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub.
"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub.
Müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilib.
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib. Belə ki, “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələrin istehsal olunması nəzərdə tutulub.
Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0