DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ölkələrin neft dollarından imtinası ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq

© AFP 2023 / DANIEL MUNOZdollar
dollar  - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb.
BAKI, 1 fevral — Sputnik. Dünyanın aparıcı iqtisadiyyatlarının neftin qiymətini dollarla ödəməkdən imtina etməsi Amerika Birləşmiş Ştatlarında fəlakətli hadisələrə səbəb olacaq.
Bu fikri ABŞ Prezidenti Ronald Reyqan zamanında maliyyə nazirinin köməkçisi olmuş Pol Kreyq Roberts bildirib.
"Neft dollarının sonu dolların dəyərinə, ABŞ-da inflyasiyaya və faiz dərəcələrinə təsir edəcək ciddi mənfi nəticələrə gətirib çıxaracaq", - Ağ Evin keçmiş əməkdaşının saytında dərc olunmuş məqalədə deyilir.
Müəllif izah edib ki, dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb. Nəticədə, bir çox dövlətlər ABŞ-dan gələn potensial təhlükələri və cəzaları minimuma endirmək üçün beynəlxalq ticarət məqsədi ilə öz milli valyutalarından istifadə etməyə çalışırlar.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərb müstəmləkəçilərindən qorunan yeni təchizat zəncirləri qurur. Onun sözlərinə görə, Rusiya Federasiyası getdikcə daha çox milli valyutalarda hesablaşmalara keçir.
Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyində (AİB) milli ödəniş sistemlərinin inkişafının vacibliyindən danışıb.
Xəbər lenti
0