DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya polisi genişmiqyaslı əməliyyat keçirib

© AP Photo / Martin MeissnerAlmaniya polisi
Almaniya polisi  - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin həbsinə order verilib.
BAKI, 14 dekabr — Sputnik. Almaniya polisi dələduzluq və saxtakarlıqda şübhəli bilinən Əl-Zeyn cinayət ailəsinin iddia edilən üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib, 50 obyekdə axtarış aparılıb. Bu barədə RİA Novosti "Bild" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya ştatlarında, eləcə də Berlində yüzlərlə polis əməkdaşının iştirak etdiyi əməliyyata sübhdən başlanılıb, şübhəlilərin həbsinə order verilib. Məlumatda qeyd olunur ki, əməliyyat Düsseldorf prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi bölməsinin rəhbərliyi altında həyata keçirilir.
Əsas ittihamlar dələduzluq və saxtakarlıqdır: klan üzvlərinin qondarma şirkətlər vasitəsilə böyük miqyasda bahalı lizinq avtomobillərini icarəyə götürdüyü, sonra isə saxta sənədlərlə qanunsuz olaraq yenidən satdığı iddia edilir. Bundan əlavə, Əl-Zeyn klanının üzvləri koronavirus pandemiyası zamanı Almaniya hökumətinin maliyyə yardımından qeyri-qanuni istifadə etməkdə şübhəli bilinir.
Məlumatda qeyd edilib ki, əməliyyat zamanı polis cinayətdə şübhəli bilinənlərin milyonlarla əmlakını, o cümlədən bahalı əşyalarını müsadirə etməyi planlaşdırır.
Xəbər lenti
0