SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

© AFP 2023 / RYAD KRAMDIƏlcəzair bayrağı, arxiv şəkli
Əlcəzair bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqda Sazişi də ratifikasiya edib.
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara malik şəxsləri viza tələbindən azad edir.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" Saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi məsələsinə də baxılıb.
Layihədə bu Sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" sənəd 2022-ci il aprelin 7-də imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Xəbər lenti
0