Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

© Photo : SOCARHadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
"Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
BAKI, 22 sentyabr — Sputnik. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Bu xüsusda, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində "SOCAR" brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
"SOCAR PETROLEUM" QSC-dən bildirilib ki, bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də "Aİ-92" markalı benzin və "Dizel" yanacağının satışı həyata keçiriləcək.
Bundan əlavə, "Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur.
© Photo : SOCARHadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
"SOCAR PETROLEUM" QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, "SOCAR PETROLEUM" QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb.
Qeyd edək ki, hazırda ölkə ərazisində "SOCAR" brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan "SOCAR PETROLEUM" QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir.
"SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.
Xəbər lenti
0