SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb

© AFP 2023 / FRANCOIS WALSCHAERTSPrezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə görüş zamanı
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə görüş zamanı - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Telefon danışığında Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.
Xatırladaq ki, iyulun sonunda Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan demişdi ki, İrəvan və Bakı Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında görüş keçirmək üçün danışıqlar aparır.
Öz növbəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəklərini açıqlayıb, lakin görüşün tarixini qeyd etməyib.
Qeyd edək ki, sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Xəbər lenti
0