CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətindən qayıdıb

© AP Photo / Amr NabilHəcc
Həcc  - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Pandemiyadan sonra bu il ilk dəfə 680 azərbaycanlı zəvvar Həcc ziyarətinə gedib. Onlardan ən gəncinin 21, ən yaşlısının 65 yaşı var.
BAKI, 19 iyul — Sputnik. Bu gün Həcc ziyarətindən gələn azərbaycanlı zəvvarların ilk qrupu Vətənə çatıb.
İlk reys Mədinə Beynəlxalq Hava Limanından yola düşüb və Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıb. İlk reyslə 180 zəvvar geri dönüb. Qeyd edək ki, bu gün ikinci reys Bakı vaxtı ilə saat 19:30-da yola düşəcək və 22:50-də Bakıya çatacaq.
Həmin reyslə də 180 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatlarda yola düşəcək. İlk reyslə 180, ikinci reyslə isə 130 zəvvar geri dönəcək.
Xatırladaq ki, pandemiyadan sonra bu il ilk dəfə azərbaycanlı zəvvarlar iyunun 29, 30, iyulun 1 və 2-də Həcc ziyarətinə gediblər. Ümumilikdə 680 zəvvarın ziyarəti təşkil olunub. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlısı isə 1957-ci il təvəllüdlü kişidir.
Zəvvarlar Məkkənin cənub-şərqində, Cəbəl ər-Rəhmə (Mərhəmət dağı) kimi tanınan Ərəfat dağı ətrafında toplanırlar. - Sputnik Azərbaycan, 1920, 07.07.2022
FOTO
Həcc: Müqəddəs Torpaqda həcc ziyarəti necə keçir?
Xəbər lenti
0