FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həcc: Müqəddəs Torpaqda həcc ziyarəti necə keçir?

Abunə olmaq
Dünyanın hər yerindən möminlər öz gözləri ilə Əl-Hərəm məscidini görmək və Allahdan günahlarının bağışlanmasını istəmələri üçün Müqəddəs Torpağa toplaşıblar.
Dünyanın hər yerindən milyonlarla müsəlman Quranda möminlər üçün nəzərdə tutulan İslamın beş vacib əməlindən birini - Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs Məkkəyə toplaşıblar. Onlardan 680 nəfəri Azərbaycan möminləridir.
Zəvvarlar Məhəmməd peyğəmbərin və onun səhabələrinin yolu ilə gedirlər.
Müsəlmanın ayin geyimini geyindikdən sonra yerinə yetirdiyi vacib əməllərdən birincisi Kəbəni - Məkkə Məscidini gəzməkdir.
Sonra zəvvar Səfa və Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlir, daha sonra isə susuzluğunu Zəmzəm suyu ilə yatırır.
Daha sonra Məkkədən 25 km aralıda yerləşən Ərəfat vadisinə doğru istiqamətlənir.
Həccin kulminasiyası Zilhiccə ayının doqquzuncu günü günortadan günəş batana qədər Ərəfat vadisində dayanmaq ayinidir. Bu dayanma zamanı zəvvarlar çoxlu dualar oxuyurlar və gün batdıqdan sonra Müzdəlifə vadisinə gedərək orada camaat namazında iştirak edirlər.
Ertəsi gün zəvvar Mina vadisini ziyarət edərək orada şeytanı simvolizə edən sütuna yeddi ədəd daş atır.
Bunun ardınca Qurban bayramının (Eid al-Adha) başlanmasına işarə edən qurban kəsmə mərasimi icra edilir.
Qurban kəsildikdən sonra zəvvar Kəbə ətrafında vidalaşma üçün Məkkəyə qayıdır.
Həccin bütün ayinləri Zülhiccə ayının on dördüncü günü tamamlanır. Həmin gün müsəlman ayin geyimini çıxarır və həcc ziyarəti başa çatır.
© AP Photo / Amr Nabil

Zəvvarlar Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərindəki Böyük məscidi tərk edərək bir-birilərinin əllərini tuturlar.

Zəvvarlar Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərindəki Böyük məscidi tərk edərək bir-birilərinin əllərini tuturlar. - Sputnik Azərbaycan
1/13

Zəvvarlar Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərindəki Böyük məscidi tərk edərək bir-birilərinin əllərini tuturlar.

© AFP 2023 / CHRISTINA ASSI

"Mecca Royal Hotel" otelinin saat qülləsi kimi tanınan Əbrəc Əlbeyt qüllələri Cəbəl əl-Nur və ya Məkkənin yuxarısındakı "Nur dağları"ndan görünür.

"Mecca Royal Hotel" otelinin saat qülləsi kimi tanınan Əbrəc Əlbeyt qüllələri Cəbəl əl-Nur və ya Məkkənin yuxarısındakı "Nur dağları"ndan görünür. - Sputnik Azərbaycan
2/13

"Mecca Royal Hotel" otelinin saat qülləsi kimi tanınan Əbrəc Əlbeyt qüllələri Cəbəl əl-Nur və ya Məkkənin yuxarısındakı "Nur dağları"ndan görünür.

© AP Photo / Amr Nabil

Göyərçinlər Məkkə Məscidinin yaxınlığında zəvvarları dövrəyə alırlar.

Göyərçinlər Məkkə Məscidinin yaxınlığında zəvvarları dövrəyə alırlar. - Sputnik Azərbaycan
3/13

Göyərçinlər Məkkə Məscidinin yaxınlığında zəvvarları dövrəyə alırlar.

© AFP 2023 / DELIL SOULEIMAN

Müsəlman zəvvarlar İslamın ən müqəddəs ziyarətgahı olan Kəbə ətrafında, Məkkə Məscidində illik həcc zamanı təvaf edirlər.

Müsəlman zəvvarlar İslamın ən müqəddəs ziyarətgahı olan Kəbə ətrafında, Məkkə Məscidində illik həcc zamanı təvaf edirlər. - Sputnik Azərbaycan
4/13

Müsəlman zəvvarlar İslamın ən müqəddəs ziyarətgahı olan Kəbə ətrafında, Məkkə Məscidində illik həcc zamanı təvaf edirlər.

© AFP 2023 / -

Hər il Həcc ziyarəti zamanı Məkkə Məscidinin işçisi Qurani-Kərim kitablarını təmizləyib ibadət edənlər üçün hazırlayır.

Hər il Həcc ziyarəti zamanı Məkkə Məscidinin işçisi Qurani-Kərim kitablarını təmizləyib ibadət edənlər üçün hazırlayır. - Sputnik Azərbaycan
5/13

Hər il Həcc ziyarəti zamanı Məkkə Məscidinin işçisi Qurani-Kərim kitablarını təmizləyib ibadət edənlər üçün hazırlayır.

© AFP 2023 / DELIL SOULEIMAN

Zəvvarlar öz təvaflarını edərək Məkkə Məscidində namaz qılırlar.

Zəvvarlar öz təvaflarını edərək Məkkə Məscidində namaz qılırlar. - Sputnik Azərbaycan
6/13

Zəvvarlar öz təvaflarını edərək Məkkə Məscidində namaz qılırlar.

© AP Photo / Amr Nabil

Müsəlman zəvvar oğlunu çiynində daşıyaraq Kəbə ətrafında dolanır.

Müsəlman zəvvar oğlunu çiynində daşıyaraq Kəbə ətrafında dolanır. - Sputnik Azərbaycan
7/13

Müsəlman zəvvar oğlunu çiynində daşıyaraq Kəbə ətrafında dolanır.

© AFP 2023 / CHRISTINA ASSI

Zəvvarlar Kəbə ətrafında təvah edirlər.

Zəvvarlar Kəbə ətrafında təvah edirlər. - Sputnik Azərbaycan
8/13

Zəvvarlar Kəbə ətrafında təvah edirlər.

© AP Photo / Amr Nabil

Səudiyyə Ərəbistanından olan polis qadın illik Həcc ziyarəti zamanı Kəbənin qarşısında keşik çəkir.

Səudiyyə Ərəbistanından olan polis qadın illik Həcc ziyarəti zamanı Kəbənin qarşısında keşik çəkir. - Sputnik Azərbaycan
9/13

Səudiyyə Ərəbistanından olan polis qadın illik Həcc ziyarəti zamanı Kəbənin qarşısında keşik çəkir.

© AFP 2023 / DELIL SOULEIMAN

Müsəlman zəvvarlar Kəbə ətrafında dolanırlar.

Müsəlman zəvvarlar Kəbə ətrafında dolanırlar. - Sputnik Azərbaycan
10/13

Müsəlman zəvvarlar Kəbə ətrafında dolanırlar.

© AFP 2023 / FAYEZ NURELDINE

Zəvvarlar Məkkənin cənub-şərqində, Cəbəl ər-Rəhmə (Mərhəmət dağı) kimi tanınan Ərəfat dağı ətrafında toplanırlar.

Zəvvarlar Məkkənin cənub-şərqində, Cəbəl ər-Rəhmə (Mərhəmət dağı) kimi tanınan Ərəfat dağı ətrafında toplanırlar. - Sputnik Azərbaycan
11/13

12/13

Zəvvarlar Məkkənin cənub-şərqində, Cəbəl ər-Rəhmə (Mərhəmət dağı) kimi tanınan Ərəfat dağı ətrafında toplanırlar.

© AP Photo / Amr Nabil

Digərləri Kəbə ətrafında dolanarkən zəvvarlar namaz qılırlar.

Digərləri Kəbə ətrafında dolanarkən zəvvarlar namaz qılırlar. - Sputnik Azərbaycan
13/13

Digərləri Kəbə ətrafında dolanarkən zəvvarlar namaz qılırlar.

Həyata keçirilən həcc mərasimləri dərin məna daşıyır.
Məsələn, Ərəfat vadisində dayanmaq Adəm və Həvvanın Uca Allahın onları Cənnətdən qovmasından sonra görüşməsinə işarədir.
Səfa və Mərvə təpələri arasındakı qaçış Həcərin qaçışını təkrarlayır, o, İsmayıla su tapmaq ümidi ilə bu təpələr arasında çarəsizliklə qaçarkən mələk onu Zəmzəmin mənbəyinə aparıb.
Mina vadisindəki dirəklərin simvolu olan şeytanın daşqalaq edilməsi ayini iblisin İbrahimin oğlu İsmayılı Uca Yaradana qurban verməli olduğu üçün atasına itaətsizliyə çağırmasını xatırladır. Həmin vaxt İsmayıl yerdən daş götürüb müxtəlif yerlərdə peyda olan şeytanın üstünə atırdı.
Qurbanlıq ayini İsmayılla bağlı hekayənin davamıdır. Günahsız bir insanın öldürülməsi böyük günah olduğu üçün Uca Allah İbrahimə oğlunu qurban etməyə icazə verməyib. İbrahimin fədakarlığına əmin olan Uca Allah ona bir qoyun qurban verməyi əmr edib. O vaxtdan bəri müsəlmanlar uca Allaha qoyun, dəvə, inək qurban verirlər və bununla da təqvalarını göstərirlər.
İslam dininin təlimlərinə görə, hər bir müsəlman həyatında ən azı bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir.
2022-ci ildə Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinin şərtlərinə müəyyən düzəlişlər edib.
Bu il Müqəddəs Torpağa yalnız yaşı 65-dən aşağı olan və koronavirusa qarşı peyvənd olunmuş müsəlmanlar gedə bilib.
Həcc ziyarətinin qalan qaydası demək olar ki, eynidir.
Xəbər lenti
0