DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda növbədənkənar seçkilər keçiriləcək? - Baş nazirin müavini danışdı

© Sputnik / Mediabanka keçidErm'nistanda seçki bülletenləri
Erm'nistanda seçki bülletenləri - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, ötən ilin iyununda keçirilmiş seçkilər hazırda etiraz edən azsaylı etirazçıların bütün suallarına cavab verib.
BAKI, 21 may-Sputnik. "2021-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri hazırkı etiraz hərəkatının iştirakçıları tərəfindən verilən bütün suallara cavab verib. Müxtəlif ssenarilərin, o cümlədən yeni seçkilərin keçirilməsi ilə bağlı proqnozlar vermək üçün hər hansı zəmin yoxdur. Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan RİA Novosti-yə bildirib.
“Ötən ilin iyununda Ermənistanda tamamilə demokratik, azad və qanuni parlament seçkiləri keçirildi. Bu seçkilər az sayda olan etirazçılar tərəfindən qaldırılan bütün suallara cavab verir”, - o, hakimiyyətin növbədənkənar seçki keçirib-keçirməyəcəyi ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, ötən ilin iyununda Ermənistanda keçirilmiş seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % "İctimai müqavilə" partiyasına səs verib. "Ermənistan" blokuna (keçmiş Prezident Robert Köçəryanın - red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. "Şərəfim var" blokuna (keçmiş prezident Serj Sarkisyanın - red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib.
Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0